Sergey Melikov Dağıstan Respublikasının rəhbəri seçildi

Dağıstan Xalq Məclisinin deputatları Sergey Melikov respublikanın rəhbəri seçdi.

 

LAF TV.az xəbər verir ki, Xalq Məclisinin 90 deputatından 82-si Melikova səs verib. Melikov and içərək rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.

 

Qeyd edək ki, 2020-ci il oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Vladimir Vasilyevin istefasını qəbul edib və onu özünə məsləhətçi təyin edib. Sergey Melikov isə Dağıstanın müvəqqəti başçısı vəzifəsinə təyin edilib.