KTMT-nin Birləşmiş Qərargahının rəisi:”Qarabağ ətrafındakı böhranının yekun həlli siyasi yoldu”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qarabağla bağlı yeni açıqlama verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, KTMT-nın Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov Qarabağ məsələsinin yekun siyasi həlli üçün şərait yarandığını deyib.
“Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatları dayandıra bildik. Hazırkı zamanda əldə olunmuş razılaşmalar Qarabağ ətrafındakı böhranının yelun siyasi həlli üçün kifayətdir”.
Sidorov atəşkəs rejiminin bəzən pozulmasına baxmayaraq, Bakı ilə İrəvan arasında dialoqda pozitiv əlamətlərin olduğunu söyləyib.