Ərdoğan noyabr ayında yenidən Şuşaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

“HaberGlobal” xəbər verir ki, səfər noyabrın 8-də – Qarabağ Zəfərinin birinci ildönümündə baş tutacaq.

“Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadan növbəti dəfə birlik mesajı verəcəkləri gözlənilir”, – məlumatda bildirilib.