Səfa Mirzəyev: “Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək”

“Milli Məclisin payız sessiyasının oktyabrın 15-də keçiriləcək plenar iclasının gündəliyinə 10 məsələ daxil edilib”.

Bunu “Report”a açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, toplantıda “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirə ediləcək: “Digər məsələlər barədə əlavə məlumat veriləcək”.