Küveytdə qadınlara orduda xidmət etməyə icazə verilib

Küveytin müdafiə naziri Həməd Cabir Əli əs-Sabah qadınların əmirliyin silahlı qüvvələrində xidmət etməsinə icazə verən fərman imzalayıb.

LAF TV.az  xəbər verir ki, bu barədə Küveytin rəsmi saytı olan Küveyt Xəbər Agentliyi (KUNA) məlumat yayıb.

Qeyd olunur ki, erkən mərhələdə qadınlar Küveyt ordusunun tibb və köməkçi hissələrində kiçik zabit və mütəxəssis kimi xidmət edə biləcəklər.