İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə görüşdü

Pakistanın paytaxtı İslamabadda səfərdə olan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi briqada generalı Məhəmməd Baqeri Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva ilə görüşüb.

LAF TV.az “Mehr”ə istinadən xəbər verir ki, görüşdə Pakistanla İran arasında ikitərəfli əlaqələr, müdafiə sahəsində əməkdaşlıq və Əfqanıstan da daxil olmaqla regional məsələlər müzakirə edilib.

M.Baqeri Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə də görüşəcək.

İran nümayəndə heyəti ilə Pakistan təmsilçiləri arasında terrorçuluğa qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi, dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi, informasiya mübadiləsinə dair məsələlər müzakirə olunacaq. Tərəflər eyni zamanda, müdafiə sahəsinə dair məsləhətləşmələr aparacaqlar.