Gəncə şəhərində və ətrafda eşidilən partlayış səsi ilə bağlı Müdafiə Nazirliyi açıqlama verdi

“Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir”.

 

Bu barədə LAF TV.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

“Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur”, – nazirlikdən qeyd edilib.

 

Qeyd edək ki, minaların utilizasiyası zamanı partlayış səsləri Gəncə şəhərində də eşidilib.