Daha iki erməni hərbçinin cəsədi Xocavənd ərazisində tapıldı

İşğaldan azad edilən ərazilərdə aparılan axtarış işləri zamanı daha iki erməni hərbçinin cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

 

Cəsədlərin Xocavənd rayonu ərazisindən açkarlandığı qeyd olunur. Onların kimliyini müəyyənləşdirmək üçün ekspertiza təyin ediləcək.

 

İndiyədək azad edilən ərazilərdən tapılan cəsədlərin sayı 1683-ə çatıb.