Avropa Birliyinin nümayəndəsi:”Bakı ilə Yerevan arasında vasitəçi olmağa hazırıq”

Avropa Birliyinin Ermənistandakı nümayəndəsi Andrea Viktorin maraqlı açıqlama ilə çıxış edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Viktorin Bakı ilə Yerevan arasında vasitəçi olmağa hazırdır.

“Əgər Ermənistanla Azərbaycan istəsələr Avropa Birliyi iki tərəf arasında danışıqlarda vasitəçi olmağa hazırdı. Proses isə ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilməlidir. Əgər Azərbaycanla Ermənistan razılıq verərsə, delimitasiya və demarkasiya prosesinə də dəstək verə bilərik”.