Qaribaşvili Paşinyanla sülh haqqında danışıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla dünən baş tutan görüş zamanı yeni sülh təşəbbüsü barədə müzakirələr aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qaribaşvii özünün “Twitter” səhifəsində yazıb.

 

O, görüşün məhsuldar keçdiyini bildirib.

 

“Biz ikitərəfli əməkdaşlıq, Cənubi Qafqazda yeni sülh təşəbbüsünü və bölgədə davamlı sülh və inkişafa böyük imkanlar yaratmaq üçün Gürcüstanın fəal vasitəçiliyə hazır olmasını müzakirə etdik”, – deyə Qaribaşvili qeyd edib.

 

Xatırladaq ki, Qaribaşvili İrəvana səfər etməmişdən əvvəl Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.