Merkel:”Danışıq aparılmayan hər gün İran uranın zənginləşdirilməsini genişləndirir”

İranın nüvə proqramı ilə bağlı situasiya həlledici həftəyə daxil olur.

LAF TV.az Axar.az-a xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel İsrailə səfəri zamanı yerli mediaya müsahibəsində deyib.

“Biz İranın uranı necə zənginləşdirməsini müşahidə etdiyimiz zaman bu məsələ təxirəsalınmaz xarakter alır”, – Merkel qeyd edib.

O bildirib ki, İranla imzalanan nüvə sazişini heç vaxt ideal hesab etməyib, buna baxmayaraq, Tehranın nüvə silahı əldə etməsinə imkan verməmək üçün daha yaxşı yol yoxdur:

“Danışıq aparılmayan hər gün İran uranın zənginləşdirilməsini genişləndirir. Bu öz-özlüyündə kritik situasiyadır.

Bu məsələ ilə bağlı həlledici həftə gəlir. Hesab edirəm ki, əsas məsuliyyət Rusiya və Çinin üzərindədir”.