Azərbaycan DSX İran tərəfinə səsləndi:”İran rəsmilərinə böhtan xarakterli məlumatları yaymaq­dan çəkinməyə çağırırıq”

“Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyə­lərdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparıl­masına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səslən­dirilənlər haqqında ümumiyyətlə, heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb”.

Bu barədə LAF TV.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şə­raiti sa­bitdir və Azərbaycan sər­həd mühafizə orqanlarının tam nəzarəti altın­da­dır: “Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraq­larına qarşı yönələn istə­nilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Qeyd edilənləri nəzərə alaraq, İran rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaq­dan çəkinməyə çağırırıq”.