ABŞ-ın atom sualtı qayığı naməlum obyektlə toqquşub

ABŞ-ın hücum təyinatlı “USS Connecticut” atom hücum sualtı qayığı Hind-Sakit okean bölgəsində naməlum obyektlə toqquşub.

 

Oktyabrın 2-də baş verdiyi vurğulanan sualtı qayığın ekipaj üzvlərinin həyatı üçün təhlükə olmadığı bildirilib.

“USNI News” nəşri toqquşma nəticəsində azı 11 nəfərin yüngül və orta dərəcəli xəsarət aldığını yazıb.