Satanovski:”Rusiya və Britaniya arasında gedən möhtəşəm oyunun oyunçuları Azərbaycan, Gürcüstan və Ermənistandır”

ATƏT-in Minsk Qrupu formatı çoxdan ölüb.

LAF TV.az-a Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Yevgeni Satanovski erməni mediasına açıqlamasında deyib.

Satanovskinin sözlərinə görə, bu gün daha real, konkret oyunçular var, onlarla danışmaq lazımdır:

“Qalan hər şey cəfəngiyatdır. Başa düşürəm, amerikalılar, fransızlar regionda olmaq istəyirlər. Amma onlardan bir xeyir varmı? Məsələn, ABŞ və ya Fransa həqiqətən də 2020-ci ildə Ermənistana kömək etdi? Bir şey hiss etmədim”.

Onun sözlərinə görə, bu gün bir zamanlar Rusiya və Britaniya arasında gedən möhtəşəm oyunun ikinci turunda həm də bir sıra regional oyunçular var:

“Bura İran, Türkiyə qoşulub, Rusiyanın varlığı hələ də var. Amma bu löhvədəki oyunçuların ən böyük hissəsi Azərbaycan, Gürcüstan və Ermənistandır”.