Rusiya mediası:»Türk PUA-larının qarşısını almağın yollarını tapa bilmədik…»

Rusiya mediası Qarabağda dastan yazan Türk PUA -larına qarşı necə tədbir görə biləcəkləri ilə bağlı bir yazı dərc edib.

Avropa.info xəbər verir ki, yazıda Türkiyə PUA-larının Qarabağ savaşından sonra Donbasda da mühüm rol oynamağa hazır olduğu bildirilib. Təhlil yazısında Rusiyanın Türkiyə PUA-larına qarşı heç bir tədbiq görə bilmədiyi vurğulanıb.

«Türkiyə birdən -birə PUA baxımından bazarda ilk beşliyə girdi. Türkiyənin döyüş sahəsindəki uğuru danılmazdır. «Türklər iki gün ərzində İdlib yaxınlığında 23 Suriya tankını, 23 özüyeriyən motorlu silahı, 5 helikopteri və bir sıra Pantsir-C1 artilleriya-raket sistemlərini məhv etdi. Osa zenit-raket sistemi, Tor hava hücumundan müdafiə sistemi və Strela -10 sistemləri Türkiyə PUA-ları qarşısında aciz qaldı.

İndi isə türklər MQ-9 Reaper PUA-ları ilə eyni gücdə olan «AKINCI» PUA-larını istehsal edirlər. «AKINCI» döyüş sahəsindəki amerikalı həmkarını belə üstələyir»,-deyə rus mediasında dərc olunan yazıda qeyd ounur.