Tunisin bir neçə hərbçisi helikopter qəzasında həlak olub

Tunis ordusunun helikopteri ölkənin şərqində qəzaya uğrayıb.

 

Bu barədə “Mosaique” radiostansiyası respublikanın Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Zekriyə istinadən bildirib.

 

Məlumata görə, qəza Əl-Xamma (Qabes əyaləti) ərazisində olub. Hadisə zamanı helikopterdəki üç hərbi qulluqçu həlak olub.

 

Zekrinin sözlərinə görə, helkopterin ekipajı gecə təlimlərində iştirak edirmiş. Qəzanın başvermə səbəbi açıqlanmır.

“Report”