Saakaşvilinin vəkili:”Hər necə də olsa, Mişa yeni gürcü dövlətinin yaradıcısıdır”

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəkili Beka Basilaya bildirib ki, onun komandası sabiq dövlət başçısını hakimiyyətə ictimai təzyiqin köməyi ilə tələb olunmaqla, əfv yolu ilə həbsxanadan azad etmək istəyir.

 

“Report” xəbər verir ki, bu barədə hüquqşünas mətbuata açıqlamasında bildirib.

 

Vəkil iddia edib ki, keçmiş dövlət başçısına işlər siyasi motivlər üzrə qaldırılıb, o sabiq prezidentin azad edilməsi siyasi məsələ olacaq.

 

“Hər necə də olsa, Mişa Saakaşvili yeni gürcü dövlətinin yaradıcısıdır. Demokratik ölkələr onu siyasətçi kimi qəbul edir, Avropa Birliyində deputatlar və ABŞ senatorları onunla görüşürlər”, – hüquqşünas vurğulayıb.

 

Onun fikrincə, Qərb belə təqibə çox dəqiq reaksiya verməli olacaq. Gürcüstan rəhbərliyi onu həbsxanadan buraxacaq.