Paşinyan Lavrovun Ərdoğan və Əliyevin təşəbbüsü ilə bağlı şərhinə reaksiya verdi

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 6-ı iranlı həmkarı Hüseyn Əmir Abdollahiyan ilə keçirdiyi birgə brifinqdə Ərdoğan və Əliyevin “3 + 3” regional format yaratmaq haqda Şuşa təşəbbüsünün müzakirə edildiyini söylədi. Rusiya nazirinin sözlərinə görə, İranın müsbət münasibəti var, hazırda Ermənistan tərəfi ilə iş aparılır.

 

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan parlamentinin tribunasından S.Lavrovun verdiyi açıqlamaya münasibət bildirib. Bu barədə erməni mətbuatı yazır.

 

Onun sözlərinə görə, Ermənistan hər şeydən əvvəl hansı konkret formatların müzakirə edildiyini, hansı məqsədlə, hansı şəraitdə və hansı prinsiplərə əsasən işləyəcəyini anlamalıdır. Yalnız bundan sonra Ermənistan tərəfi bu məsələ ilə bağlı dəqiq mövqe bildirəcək.

 

virtualaz.org