NATO-nun müdafiə nazirləri bu ay toplanır

NATO-ya üzv ölkələrin müdafiə nazirləri 21-22 oktyabr tarixlərində bir araya gələcək.

 

 

 

Modern.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

 

 

 

Görüş Brüsseldə NATO-nun qərargahında baş tutacaq. Görüşlər şəxsən NATO Baş katibi Yens Stoltenberqin başçılığı altında keçiriləcək.

 

 

 

Bildirilir ki, görüşün proqramı daha sonra açıqlanacaq.