Bayden Papa Fransisi ziyarət edəcək

“ABŞ Prezidenti Co Bayden oktyabrın sonunda Papa Fransisi ziyarət edəcək”.

 

LAF TV.az-ın məlumatına görə, bunu Vatikanın dövlət katibi kardinal Pietro Parolinin TASS-a açıqlamasında bildirib.

 

Kardinal əlavə edib ki, bu görüş Ağ Ev rəhbərinin G20 sammitində iştirak üçün Romaya səfəri çərçivəsində reallaşacaq.

 

Qeyd edək ki, katolik Bayden Papa ilə prezident kimi ilk dəfə görüşəcək.

 

Xatırladaq ki, daha əvvəl ABŞ mediası Baydenin 30-31 oktyabr tarixlərində Romada keçirilməsi planlaşdırılan G20 ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək niyyətində olduğunu yazmışdı.