Vəzifədən azad olunan İbrahim Mustafayev Prezident Administrasiyasında vəzifəyə təyin olundu

Gədəbəyin icra hakimiyyətinin başçısı vəzifəsindən bu gün azad edilən İbrahim Mustafayev Prezident Administrasiyasında yüksək vəzifəyə gətirilib. virtualaz.org-a məlum olub ki, İbrahim Mustafayev Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin rəhbərinin müavini təyin olunub. Həmin şöbəyə prezidentin köməkçisi Zeynal Nağdəliyev başçılıq edir.

İbrahim Mustafayevin Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olarkən vətəndaşlarla iş üzrə yenilik tətbiq etmişdi və Operativ Xidmət Mərkəzini yaratmışdı.

 

Gədəbəy rayon İcra Hakimiyyətinin inzibati binasında yaradılan Operativ Xidmət Mərkəzi vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə operativ, şəffaflıq şəraitində baxılmasını təmin edib. virtualaz.org bu mərkəzin fəaliyyəti barədə geniş yazmışdı.

İbrahim Ənvər oğlu Mustafayev 2018-ci ilin avqustunda Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

virtualaz.org