“Taliban” İŞİD-in hücrəsini məhv edib

Əfqanıstanın “Taliban” təşkilatı İŞİD terror qruplaşmasının bir hücrəsini məhv edib.

Bu barədə “Taliban” hökumətinin məlumat və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid “Twitter” hesabında bildirib:

“Dünən gecə Kabilin 17-ci məhəlləsində İslam Əmirliyinin mücahidlərindən ibarət xüsusi bir qrup İŞİD yaraqlılarının yuvasına qarşı əməliyyat keçirdi”.

Onun sözlərinə görə, “bu qətiyyətli və uğurlu əməliyyat” nəticəsində İŞİD təşkilatının mərkəzi tamamilə dağıdılıb və orada olan bütün hərəkat üzvləri məhv edilib.

Qeyd edək ki, dünən Kabildə İŞİD terrorçuları tərəfindən İdgah məscidinin yaxınlığında həyata keçirilən partlayış nəticəsində 12 nəfər ölüb, azı 32 nəfər yaralanıb.