Rusiya Baş Prokurorluğu Telman İsmayılovun ekstradisiyasına hazırlıq görür

Rusiya Baş Prokurorluğu Azərbaycan əsilli iş adamı Telman İsmayılovun ekstradiyası üçün hazırlığa başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Baş Prokurorluğu yayıb.

Bildirilib ki, Telman İsmayılovun təhvil verilməsi ilə bağlı Monteneqronun uyğun qurumlarına sorğu hazırlanır.

Qeyd edək ki, iş adamına Rusiyada cinayət işi açılıb.