Arayik Arutunyan Xankəndidə dindirildi

Qarabağ terrorçularının rəhbəri Arayik Arutunyan Azərbaycanın Xankəndi şəhərində dindirilib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, II Qarabağ müharibəsi zamanı, separatçı rejimin rəhbərliyinin yol verdiyi səhvlərin araşdırılması çərçivəsində dindirilib.

 

Ermənistan İstintaq Komitəsi və Baş Prokurorluq müharibədə yol verilən hərbi səhvlərlə bağlı nəzarəti həyata keçirir.

Arayik Arutunyanın yaxın zamanlarda həbs olunacağına dair Ermənistan mediası bir neçə məqalə dərc edib.