ABŞ-dan İrana xəbərdarlıq:”Biz heç bir sanksiyanı götürməyəcəyik”

ABŞ nüvə sazişi ilə bağlı yeni razılıq əldə olunana qədər avans olaraq İrana sanksiyaları ləğv etməyi planlaşdırmır.

LAF TV.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi deyib.

“Biz heç bir sanksiyanı götürməyəcəyik. Avans ödəməyəcəyik və bunu aydın şəkildə başa salmışıq. Vaşinqton əvvəlki kimi diplomatik metodlara yatırım edir, amma danışıqlar işləməsə, başqa mümkün variantlar nəzərdən keçiriləcək”, – nümayəndə bildirib.