Yunanların gəmisi Türkiyənin dəniz sularından çıxarıldı

Cənubi Kipr yunan rəhbərliyinə məxsus “Nautical Geo” seysmoloji araşdırma gəmisi icazəsiz daxil olduğu Türkiyə dəniz sularından çıxarılıb.

LAF TV Axar.az-a istinadən xəbər verir ki, “Nautical Geo” Aralıq dənizində mühafizə xidməti aparan Türkiyə Hərbi Dəniz Donanmasına məxsus gəmilərin gücü ilə ölkənin su sərhədindən kənara itələnib.

Bildirilir ki, “Nautical Geo” Aralıq dənizindəki beşinci böyük ada sayılan Kiritin şərqində Türkiyənin dəniz sularında qanunsuz olaraq seysmoloji araşdırma aparmağa cəhd edib.