Yaponiya hökuməti istefa verdi

Yaponiya hökuməti tam tərkibində istefa verib.

 

LAF TV Modern.az-a istinadən xəbər verir ki, bu barədə  “Kiodo” agentliyi xəbər verib.

 

Məlumata əsasən, Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) lideri Fumio Kişida Yaponiyanın 100-cü baş naziri olacaq.

 

Bu gün ölkə parlamentinin hər iki palatası baş nazirin namizədliyinə səs verəcək. Daha baş nazir öz kabinetinin nazirlərini təyin edəcək.