Ermənistanın II Qarabağ müharibəsindəki itkilərinin yeni sayı

2021-ci il oktyabrın 4 -nə olan məlumata görə, İkinci Qarabağ Müharibəsində 3788 erməni hərbçi və mülki şəxs ölüb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında bildirilib.

4 oktyabr 2021 -ci il tarixinə olan məlumata görə, 224 hərbçi və 22 mülki vətəndaş itkin düşmüş hesab olunur.

Komitənin məlumatına görə, Azərbaycan indiyədək 108 hərbi əsiri və mülki şəxsi Ermənistan Respublikasına təhvil verib.