Vahabzadə Mirmahmud Ağaya cavab verdi:”Mənim vəzifədə olmağım onların köməyinə gəlmişdi”

Ötən həftə LAF TV efirində Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev (Mirəlioğlu) keçmiş səfir İsfəndiyar Vahabzadənin meydan hərəkatında olmadığını hətta qarşı olduğunu bildirmişdi.

 

Siyasətçi daha sonra əlavə edib ki, böyük şairimiz Bəxtiyar Vahabzadə meydan hərəkatının simalarından olub”Şairin qızı, kürəkəni bizi bəyənsədə İsfəndiyar bəy bizi bəyənməyib. Və hər zaman meydan hərəkatının əleyhinə olub.

 

İsfəndiyar Vahabzadə Laf tv.az-a onun haqqında səslənən fikirlərə münasibət bildirib. O, Mirmahmud Mirəlioğlunun sözlərinin doğru olmağını bildirib:”Mirmahmud Mirəlioğlunun mənim haqqımda dediyi guya mən hərəkatın əleyhinə olmuşam fikirləri yanlışdır. Mən də ailəmiz də həmişə milli azadlıq hərəkatının içərisində həm də önündə olmuşuq. Mənim o zaman vəzifədə olmağım da onların köməyinə gəlmişdi. Onlar mənim köməkliyim sayəsində aksiyanı maneəsiz keçirə bilirdilər”.

 

Daha ətraflı sabah saat 12-də LAF-nin canlı yayımında İsfəndiyar Vahabzadə danışacaq.