Xalq artisti Vaqif Şərifovun müalicəsi nəzarətə götürüldü

Ötən gün vəziyyəti ağırlaşan Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifovun müalicəsi nəzarətə götürüldü

 

Belə ki, Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı, Niyazi Bayramovun və Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin rəisi,  Vasif Cənnətovun nəzarətinə götürülüb. Bununla bağlı müvafiq işlər görülür.

Bu barədə məlumatı LAF TV.az-a Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas Anar Burcəliyev bildirib.

O daha sonra əlavə edib ki, xalq artistinin səhhəti hələ də orta-ağır qiymətləndirilir.

 

Qeyd edək ki 78 yaşlı xalq artisti Vaqif Şərifov ötən gün səhhətində problem yaranaraq Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib.