Türkiyə lideri:”Kürd problemini bütün istiqamətlərdə həll etdik “

“Diyarbəkir analarının şanlı müqavimətləri ilə terror qrupunu tir-tir titrətdikləri bir mərhələyə başlamışıq”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında deyib.

“Ölkəmizə ən böyük xidmətlərdən biri təhlükəsizlik strategiyamızı dəyişməkdir. “Kürd problemi” deyilən məsələni hüquq və azadlıqların inkişafınadək bütün istiqamətlərdə biz həll etdik. Diyarbəkirdəki vətəndaşlarımıza söz verdiyimiz şəkildə rədd, inkar siyasətlərini ortadan necə qaldırdıqsa, bu məsələni hələ də istismar etmək istəyənlərin maskalarını da eyni şəkildə çıxaracağıq. Diyarbəkir analarının şanlı müqavimətləri ilə terror qrupunu tir-tir titrətdikləri bir mərhələyə başlamışıq”, – Ərdoğan əlavə edib.