Türkiyə İranla sərhədinə qoşun toplayır

Türkiyə İranla sərhəd ərazilərə hərbi texnika toplamağa davam edir.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hakyari vilayətində artilleriya vasitələri və zirehli texnika kolonunu hərəkəti müşahidə olunub.

Bundan başqa, Türkiyə PUA-ları İran və Ermənistranla sərhəd boyu uçuşlarını intensivləşdiriblər.

 

Xatırladaq ki, İran son günlər Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirir.