Türk hərbçiləri “Dəlil Siirt” kod adlı qanlı terrorçunu məhv etdi

MİT və Türkiyə Silahlı Qüvvələri Qəndildə ortaq əməliyyat keçirib.

 

LAF TV Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, PKK/KCK-nın Kərkük üzrə “bölgə məsulu” “Dəlil Siirt” kod adlı Məhməd Xatib Arıtürk zərərsizləşdirilib.

Arıtürkün 2015-2016-cı illərdə Suriyanın Afrin və İraqın Kərkük şəhərlərində bir çox terror aktının təşkilində əli olduğu müəyyən edilib.