Deputat Nigar Arpadarai AŞPA-da məruzəçi təyin olunub

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Nigar Arpadaraiyə yeni vəzifə verilib.

 

LAF TV.az xəbər verir ki, bu barədə deputat “Facebook” səhifəsində paylaşım edib.

Xanım deputat  AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən “İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası” mövzusunda məruzəçi təyin olunub.

Qeyd edək ki, AŞPA-nın sentyabrın 27-dən başlayan payız sessiyası bu gün yekunlaşır.

 

Məlumat üçün bildirək ki, Nigar Arpadarai Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır.