Əfqanıstanda ABŞ-dan qalan silahların dəyəri 85 milyard dollardan çoxdur

Əfqanıstanda amerikalılardan qalan silahların ümumi dəyəri 85 milyard dollardan çoxdur.

LAF TV.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.

“Açığı bu rəqəm dəhşətə gətirir. Düşünün: 22 min zirehli texnika, 176 artilleriya qurğusu, 8 min yük maşını, təyyarə, yüzlərlə silahlanmış helikopter…” – deyə Şuqayev bildirib.

O, ABŞ ordusunun Əfqanıstandan çıxmasına belə münasibət bildirib: “Daha pis ssenari düşünmək çətin olardı”.