Sabiq deputat və qardaşının adı 2 milyon 352 min manatda hallanır

Sabiq deputat Əsabil Qasımov və onun qardaşının adı az qala 3 milyon manatda hallanır

LAF TV.az xəbər verir ki, Bu barədə şəmkirli iş adamı Aslan Əliyev Prime TV-yə açıqlamasında deyib.
Aslan Əliyev böyük əziyyətlə ərsəyə gətirdiyi un dəyirmanının necə ələ keçirildiyindən danışıb. Onun sözlərinə görə, məmləkətdə «un kralı” kimi tanınan sabiq deputat Əsabil Qasımov və onun qardaşı Vüqar Qasımov Aslan Əliyevə taxıl verərək onu özlərinə borclandırıblar. Daha sonra bu borcun müqabilində dəyirmanın 60%-nə ortaq olublar.
Ardınca da iş adamının bütün mülkiyyətini ələ keçirməyə çalışıblar. Beləcə tərəflər arasında mübahisələr məhkəmə predmetinə çevrilib.
Qeyd edək ki, “Un kralı” kimi tanınan Əsabil Qasımov 1995-ci ildən «Karat» holdinqinin direktorudur.Yeni Azərbaycan Partiyasının üzvü olan Əsabil Qasımov  IV-V çağırış üzrə Milli Məclisin üzvü olub.
İş adamı Aslan Əliyev