İlham Əliyev gənclərin xaricdə təhsili ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında sərəncam imzalayıb.
LAF TV xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinin qarşısında tapşırıq qoyulub.
Nazirlər Kabineti gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.