İlham Əliyev Azərbaycan və Çexiya hökuməti arasında Komissiyanın tərkibində dəyişiklik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

LAF TV.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamının 1-ci hissəsində “Rüfət Məmmədov” sözləri “Rövşən Nəcəf” sözləri ilə, “Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin və həmin hissədən “Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, Azərbaycan Respublikası maliyyə nazirinin müavini” sözləri çıxarılsın.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərsin”.