“Gürcüstan və Azərbaycan arasında sahəvi əməkdaşlıq müzakirə olunacaq” – XİN başçısı

“Bu gün Gürcüstan və Azərbaycan arasında sahəvi əməkdaşlıq və hər iki ölkənin iştirak etdiyi önəmli enerji layihələrinin müzakirəsi aparılacaq”.

Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, tərəflər həmçinin ticari-iqtisadi münasibətlər və nəqliyyat-logistika əlaqəsi baxımından mövcud infrastruktura da toxunacaqlar.

XİN başçısı bildirib ki, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası iki strateji tərəfdaş ölkə arasında iqtisadi əməkdaşlığın perspektivlərinin praktiki ölçüyə çevirmək üçün yaxşı fürsətdir”.