Saakaşvili qayıdır: Gürcüstan qarışacaq?

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ölkəsinə qayıtmaq niyyətində olduğunu bir daha bəyan etdib. O, artıq Tiflisə qayıtmaq üçün oktyabrın 2-nə bilet aldığını bildirib. Həmin gün Gürcüstanda yerli seçkilər keçiriləcək.

Yenisabah.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti öz Facebook hesabında açdığı canlı yayımda bildirib.

“Əlbəttə, dediyim kimi, oktyabrın 2-də sizinlə birlikdə Tbilisidə olmaq, iradənizi müdafiə etmək və Gürcüstanın xilas edilməsində iştirak etmək üçün bilet aldım”.

Həmçinin M. Saakaşvili, canlı yayımdan sonra aldığı təyyarə biletinin şəklini Facebook səhifəsində paylaşıb. O bildirib ki, Kiyevdə yerləşən Borisopol beynəlxalq hava limanından Tbilisiyə uçacaq.

Müşahidəçilər eks-prezidentin Gürcüstana dönüşünün öılkədə qarışıqlığa səbəb olacağını düşünürlər.