Naftali Bennet BMT-də İranı tənqid etdi -“İran bütün “qırmızı xətləri” keçib…”

BMT Baş Assambleyasında ilk çıxışında İsrailin baş naziri Naftali Bennet deyib ki, İran özünün nüvə proqramında bütün “qırmızı xətləri” keçib. Bennet bəyan edib ki, İsrail Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Sentyabrın 27-də BMT-nin Nyu Yorkdakı qərargahında çıxış edən İsrail baş naziri onilliklərdir davam edən Fələstin münaqişəsinin adını çəkməyib, əvəzində İranın qlobal təhlükəsizliyə hədə olduğunu vurğulayıb. Bennet deyib ki, İran son illərdə nüvə istehsalı həcmlərini və uranın zənginləşdirilməsi dərəcəsini “sıçrayışlı şəkildə” artırıb: “İranın nüvə silahı proqramı kritik nöqtəyə çatıb və o bütün qırmızı xətləri keçib”.

Benyamin Netanyahunun 12 illik baş nazirliyinə son qoymuş Naftali Bennet sağ təmayüllü siyasətçidir. O ABŞ prezidenti Co Baydenin İrana münasibətdə mövqeyinin sərtləşdirilməsinə çalışır. Bennet habelə ABŞ-ın yeni administrasiyasının 2015-ci il nüvə sazişinin dirçəldilməsi siyasətindən narazıdır.

ABŞ-ı həmin sazişdən 2018-ci ildə keçmiş prezident Donald Tramp çıxarıb. ABŞ-ın bu razılaşmadan çıxması ilə Tehranın üzərinə əzici iqtisadi sanksiyalar bərpa olunub. Öz nüvə proqramının dinc səciyyə daşımasında israr edən İran Trampın addımına cavab olaraq tədricən saziş üzrə öhdəliklərindən geri çəkilib və nüvə fəaliyyətini gücləndirib.