Makrondan Osmanlı iddiası: “Bununla qəlbimizdə özünə yer etdi”

“Yunanıstan vaxtilə Osmanlı İmperiyası ilə mübarizə apararaq Avropanın qəlbində özünə yer etdi”.
LAF TV.az-a Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Miçotakislə görüşündə Fransa Prezidenti Emmanuel Makron deyib.
Makron Yunanıstanın qədim mədəniyyətə sahib olduğunu, Fransanın da bu səbəbdən onu dəstəklədiyini bildirib.
Yunanıstanın Osmanlı İmperiyasına qarşı mübarizə apararaq Avropanın qəlbində özünə yer etdiyini deyən Makron bunun Avropa tarixində bir ilk olduğunu və qitə üçün çox şey ifadə etdiyini söyləyib.