General Bəkir Orucov Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsindən azad edilərək böyük vəzifəyə təyin olundu

Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, o, Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib.

Hələlik Cəmşid Naxçıvanski adına Hərbi liseyinə yeni rəis təyin edilməyib.

 

Qeyd edək ki, Bəkir Orucovdan öncə  İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə  general-mayor Rasim Əliyev rəhbərlik edirdi.General-mayor R.Əliyev bu ilin aprel ayında yaşa görə ehtiyata buraxılıb.