Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda yürüşdə iştirak edib

27 sentyabr – Anım Günü münasibətilə Bakının mərkəzində yürüş keçirilib. 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak edib.

Azadlıq meydanından start götürən yürüşdə hərbçilər əllərində Vətən müharibəsində qəhrəmancasına şəhid olanların şəkilləri əks olunan plakatlar daşıyıblar.