İlham Əliyev:”Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı”

“Dağlıq Qarabağ adlı inzibati ərazi Azərbaycan ərazisində mövcud deyil”

“Biz müharibəni hərbi-siyasi yollarla həll etdik. Müharibə arxada qaldı. Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

“Biz müharibəni hərbi-siyasi yollarla həll etdik. Müharibə arxada qaldı. Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı”, – Prezident vurğulayıb.