Azərbaycan XİN başçısı:”Bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tvitter səhifəsində 27 sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib.

LAF TV xəbər verir ki, paylaşımda deyilir:

“27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günüdür. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!”.