Bəstəkar Adil Bəbirov Kanadada dünyasını dəyişdi

Azərbaycanın tanınmış bəstəkarı, Azərbaycan əməkdar incəsənət xadimi Adil Bəbirov bu gün Kanadada 87 yaşında dünyasını dəyişib.

 

Bu barədə LAF TV-yə mərhumun yaxınları məlumat verib.

Xatırladaq ki, Adil Bəbirov 1934-cü il fevralın 5-də anadan olub. Yaradıcılığı dövründə bir çox teatr tamaşalarına, kino filmlərə mahnı bəstələyib. Uzun illərdi Kanadada yaşayıb.

1989-cu ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb

 

 

Allah rəhmət eləsin