İƏT nümayəndə heyəti Şuşadadır

Azərbaycanın Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərindədir.

Səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər.

Nümayəndə heyəti şəhərdə ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış mədəniyyət abidələrini, inzibati və yaşayış binalarınını ziyarət edəcəklər.