Putinlə Paşinyan birgə iclasa qatılacaq

Ermənistan baş naziri Nikol Paşinyan sabah Tacikistanın paytaxtı Düşənbədə çıxış edəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında Ermənistanın prioritetləri barədə danışacaq.

 

Tədbirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin prezidentləri iştirak edəcək. Koronavirusa görə izolyasiya olunan Rusiya prezidenti Vladimir Putin onlayn formatda iclasa qatılacaq.