Azərbaycan Milliyyətçi Demokrat Partiyasında növbəti qurultay – Rəhbərlik bəlli oldu

Azərbaycan Milliyyətçi Demokrat Partiyası dünən özünün  (12.09.2021-ci il) növbədənkənar Qurultayını keçirdi. 61 rayon təşkilatı və təmsilçilərinin qatıldığı növbədənkənar qurultayda 122 nümayəndə və qonaqlar vardı.

 Növbədənkənar Qurultayın çağrılmasının əsas səbəbləri, Dünyada və bölgəmizdə Qlobal proseslər fonunda ölkəmizin vəziyyəti və  Partiyanın gələcək fəaliyyət  platforması barədə siyasi məruzə ilə Partiyanın Sədri Qələndər Muxtarlı çıxış etdi.

Az.MDP- in növbədənkənar Qurultayının əsas məqsədlərindən biri, bir neçə siyasi təşkilat və qurumların birləşmə barədə təşəbbüsləri və bu haqda təşkilatlararası olumlu anlaşmanın baş tutması, Milliyyətçi siyasi camiənin bir blok ətrafında konsolidasiya olunması məsələlərinin müzakirə və həll olunması idi.

Partiya Sədri Qələndər Muxtarlının təklifi ilə

-İlyas bəy Abdullayev; Azərbaycan Milliyyətçi Demokrat Partiyası Sədrinin birinci müavin,

-Nəsimi Sadıqov; Azərbaycan Milliyyətçi Demokrat Partiyası Sədrinin Xarici və iqtisadi əlaqələr, üzrə Sədr müavini,

-İlham Həşimov; Azərbaycan Milliyyətçi Demokrat Partiyası Sədrinin Təşkilat məsələləri üzrə Sədr  müavini

-Həsən Həsənov; Azərbaycan Milliyyətçi Demokrat Partiyası Sədrinin Siyasi Əlaqələr üzrə Sədr müavin,

– Firuddin Əhmədli; Azərbaycan Milliyyətçi Demokrat Partiyası Sədrinin

Türk Dünyası ilə əlaqələr üzrə Sədr müavin,

-İlqar Kazımov; Azərbaycan Milliyyətçi Demokrat Partiyası Sədrinin

 İctimai əlaqələr üzrə Sədr müavin təyin olundular.

-Mənsum Bayramov; Azərbaycan Milliyyətçi Demokrat Partiyası

Böyük Məclisinin sədri seçildi.

Qonaqlar

-Bütöv Azərbaycan Birliyinin Sədri, Aqil Səmədbəyli,

-Bütöv Azərbaycan Hərəkatının Sədri,-Yasəmən Qaraqoyunlu,

– Demokratik Dəyişim Platformasının rəhbəri, Əli Mustafa,

– Bütöv Azərbaycan Ocaqları təmsilçisi, Paşa Həsənli,

– Turk Dünyası Partiyası adından, Eldar bəy Abdullayev,

-CAMOH təmsilçisi Ağrı Qaradağlı,

Güney Azərbaycan Milli Oyanış Hərəkatı Başqası sayın Mahmudəli Çöhrəqani təbrik göndərmiş,

Türkiyədən , Türk Dünyası Dayanışma və Yardımlaşma Təşkilatının Genel Başqanı,Halid bəy Kanak təbriki, Günaydın Altınok Altınel xanım, Sinan Atçəkən və başqaları çıxış etdilər, partiyanın gələcək fəaliyyətində başarılar arzuladılar.

Böyük Məclisin həmin gün keçirilən iclasında Partiyanın 11-nəfərlik Yönətim Kurulu seçildi.

Az.MDP-in mətbuat xidməti.